Arteta “Real”la oyundan əvvəl Qvardioladan məsləhət alıb

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasında “Real” üzərindəki qələbəni şərh edib. Newsport.az xəbər verir ki, o, 3:0 hesablı üstünlüyə baxmayaraq, cavab matçında da rəqibi üstələməyə çalışacaqlarını bildirib.

“Azarkeşlərimiz, bizi sevənlər “Arsenal”la fəxr edə bilərlər. Heç vaxt stadionda belə atmosfer görməmişdim. Düzgün oynadıq və bunun bəhrəsini gördük. Cavab oyununu da eyni formada keçirməliyik. “Real"la oyundan əvvəl "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola ilə görüşüb ondan məsləhətlər aldım. Pep karyerası ərzində belə matçları çox keçirib. Buna görə ondan tövsiyə almağı lazım bildim”, - deyə Arteta vurğulayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right