Fransa klubunda istefa

"Monpelye" rəhbərliyi komandanın baş məşqçisi Jan-Lui Qasseni istefaya göndərib. Newsport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb.

71 yaşlı çalışdırıcı ilə əməkdaşlığa son vaxtlardakı uğursuz nəticələrə görə son qoyulub. "Monpelye"nin Liqa 1-də ardıcıl 9 görüşdə məğlub olması rəhbərliyin “səbir kasası”nı daşırıb. Nəticədə təcrübəli mütəxəssisin sözləşməsinə qarşılıqlı razılaşma ilə xitam verilib.

Qeyd edək ki, Qasse oktyabr ayından “Monpelye”ni çalışdırırdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right