"Beyli 14 yaşından tanıyıram. Qaret Lionel Messi ilə "Qızıl top” uğrunda mübarizə apara bilər. Amma öz mövqeyində oynasa”.
Newsport.az-ın məlumatına görə, bu sözləri ConBencamin Toşak deyib.
"Xəzər Lənkəran”ın sabiq çalışdırıcısı həmvətəni Beyl haqda danışıb. Uels millisinin heyətindəki parlaq oyunla müqayisədə "Real”da kölgədə qalan Qaret haqda fikirləini bildirən təcrübəli mütəxəssis bir növ Rafael Benitesə mesaj göndərib.
2013-cü ildə Lənkəran klubunda işləyən və Superkubok qazanan Toşak bunları deyib: "Onun əsas problemi "Real”ın ona görə ödədiyi böyükpulların təsirini üzrəində hiss etməsi və öz mövqeyində oynadılmamaıdır. Ən güclü Beyli görmək istəyirsizsə, onu solda oynadın. O hələ də gəncdir və fikrimcə, Messi ilə "Qızıl top” uğurunda yarışa bilər”.