“Barselona”dan La Liqaya tələb: Məlumatları silin!

“Barselona” La Liqa rəhbərliyindən narazılığını ifadə edib. Newsport.az xəbər verir ki, klub bununla bağlı bəyanat yayıb.

Kataloniyalılar “Nou Kamp” stadionundakı VIP yerlərin satışı ilə bağlı vəziyyəti əks etdirən 2 aprel tarixli məlumat qeydinin dərc olunmasından narazılıq edib. “Barselona” bu xəbər dərc olunmazdan əvvəl klubun məlumatlandırılmalı olduğunu düşünür. Buna görə İspaniya nəhəngi çempionatın təşkilatçısına iqtisadi məlumatların yayılmasının yanlış addım olduğuna dair məktub göndərib.

Bildirilib ki, La Liqa maliyyə məlumatlarının detallarını açıqlamaqla öhdəliklərini kobud şəkildə pozub. “Barsa”nın qurumdan bir neçə tələbi var ki, onlardan biri həmin məlumatın rəsmi saytdan silinməsidi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right