“Lester” İngiltərə Premyer Liqasının XXXI turunda öz meydanında “Nyukasl”a 0:3 hesabı ilə məğlub olub. Newsport.az xəbər verir ki, “tülkülər” bununla ardıcıl 8-ci ev məğlubiyyətini alıb.
Üstəlik, komanda bu görüşlərin heç birində qol vura bilməyib. Bu isə Premyer Liqa tarixində antirekorddu. İndiyə qədər heç vaxt hansısa komanda doğma meydanındakı ardıcıl 8 qarşılaşmada qolsuz qalmamışdı.
Qeyd edək ki, 31 turdan sonra Rud van Nistelroyun komandası turnir cədvəlində 19-cu pillədə qərarlaşıb.