İngiltərə Premyer Liqasında 31-ci turun oyunları keçirilir.
Newsport.az xəbər verir ki, bu gün lider "Liverpul" səfərdə "Fulhem"in qonağı olub. Qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
31 turdan sonra 73 xal toplayan "Liverpul" liderliyini davam etdirir. 48 xalı olan "Fulhem" isə 8-ci yerdədir.