“PSJ bu kuboku layiqincə qazandı” Luis Enrike

PSJ-nin baş məşqçisi Luis Enrike Fransa Liqa 1-in cari mövsümündə komandasının erkən çempionluğunu şərh edib.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, xoşbəxt olduğunu bildirib:

“Xoşbəxtəm. Azarkeşlərimizə, klub heyətimizə və oyunçularımıza təşəkkür etmək istəyirəm. PSJ bu kuboku layiqincə qazandı. Amma biz Çempionlar Liqasında və Fransa kubokunda mübarizəni davam etdirmək üçün motivasiyamızı qorumalıyıq”.

Parislilər evdə “Anje” üzərində 1:0 hesablı qələbədən sonra erkən çempionluğa nail olublar. PSJ Çempionlar Liqasının 1/4 finalında “Aston Villa” ilə mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right