“Barselona”nın vingeri Rafinya İspaniya La Liqasının 30-cu turunun “Betis”lə oyunundan (1:1) sonra hakimlikdən hədsiz narazı qalıb.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik və komandanın oyunçuları qəzəblənən futbolçunun hakimlərlə mübahisə etməsinə mane olmağa çalışıb. Braziliyalı futbolçu, eyni zamanda, paltardəyişmə otağına gedərkən onunla danışmaq istəyən komandanın qapıçısı Mark-Andre ter Ştegeni də itələyib.
Rafinya bu mövsüm bütün yarışlarda 44 matçda iştirak edib, 27 qol vurub və 20 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.