Liqa 1 tarixinin rekordu

PSJ-nin müdafiəçisi və kapitanı Markinyos rekorda imza atıb. 

Newsport.az xəbər verir ki, o, karyerası ərzində 10 dəfə Fransa Liqa 1 kubokunu qazanan yeganə oyunçu oldu. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

PSJ ötən gecə 28-ci turda "Anje"ni 1:0 hesabı ilə məğlub edərək, ardıcıl 4-cü dəfə Fransa çempionu olub.

30 yaşlı Markinyos 2013-cü ilin yayından Paris klubunda çıxış edir. Bu mövsüm o, komandanın heyətində bütün turnirlərdə 34 oyun keçirib və 2 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right