İngilis ulduz “Çelsi”yə keçə bilər

“İpsviç”in hücumçusu Liam Delap karyerasını İngiltərə Premyer Liqasının top-klubunda davam etdirə bilər.

Newsport.az  “Give Me Sport”-a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu ilə “Çelsi” maraqlanır.

“Mançester Yunayted” Delap uğrunda mübarizədə londonluların əsas rəqibi hesab olunur. Onun “İpsviç”lə müqaviləsində sərbəst qalma bəndi 47 milyon avrodur.

Delap bu mövsüm 32 matçda iştirak edib, 11 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right