"Bavariya"da şok itki mövsümü erkən başa vurdu

Almaniyanın "Bavariya" klubunun heyətində ciddi itki baş verib.

Newsport.az xəbər verir ki, Münhen təmsilçisinin futbolçusu Camal Musiala sıradan çıxıb.

Almaniyalı hücumameyilli yarımmüdafiəçi Bundesliqanın 27-ci turunun "Auqsburq"la matçında (3:1) dizindən zədələnib. 22 yaşlı ön xətt oyunçusu təxminən 8 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu isə onun üçün mövsümün erkən bitdiyi deməkdir.

Qeyd edək ki, "Bavariya" Camal Musialanı 2019-cu ilin yayında "Çelsi"nin akademiyasından transfer edib. Almaniya millisinin üzvü bu mövsüm münhenlilərin heyətində meydana çıxdığı 40 rəsmi matçda 18 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right