Braziliya millisinin baş məşqçisi postuna daha bir namizəd

Roberto Mançini Braziliya millisini çalışdıra bilər.

Newsport.az “goal”a istinadən xəbər verir ki, o, hazırda bu millinin baş məşqçi postuna namizədlərdən biridir. Braziliya Futbol Federasiyası hazırda bu məsələ ilə bağlı götür-qoy edir.

Əslində, yerli federasiya üçün prioritet variantlar Karlo Ançelotti və Xorxe Jesusdur. Amma Ançelotti “Real”da, Jesus isə “Əl-Hilal”da işlədiyinə görə, federasiya rəsmiləri onlardan birini milliyə gətirməyin çətin olacağını düşünür.

Mançini isə Səudiyyə Ərəbistanı millisindən ayrıldıqdan sonra, 2024-cü ilin oktyabrından işsizdir. 

Xatırladaq ki, Mançini İtaliya millisini çalışdırarkən AVRO-2020-nin qalibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right