7-ci dəfə eyni klubun baş məşqçisi təyin olundu

Braziliyanın "Fluminense" klubu yeni baş məşqçisini açıqlayıb.

Newsport.az A seriyası təmsilçisinin saytına istinadən xəbər verir ki, Renato Qauço ilə 2025-ci ilin sonuna qədər müqavilə imzalayıb.

Maraqlısı odur ki, Qauço artıq 7-ci dəfədir "Fluminense"yə baş məşqçi təyin edilir. O, Rio-de-Janeyro klubunu ilk dəfə 2002-2003 mövsümündə, sonuncu dəfə isə 2014-cü ildə çalışdırıb. Komanda 2007-ci ildə onun rəhbərliyi altında Braziliya kubokunu qazanıb.

Qeyd edək ki, braziliyalı mütəxəssis ölkəsində "Remio", "Flamenqo", "Vasqo da Qama" klublarını da çalışdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right