Sabri Sarıoğlu istefaya göndərilir

Türkiyə Futbol Federasiyası (TFF) U-19 milli komandasının baş məşqçisi Sabri Sarıoğlu ilə bağlı qərar verib.

Newsport.az xəbər verir ki, federasiya 40 yaşlı mütəxəssislə yollarını ayıracaq. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

Yaxın günlərdə TFF ayrılıq qərarını rəsmən açıqlayacaq.

Qeyd edək ki, Sabri Sarıoğlu ötən ilin iyul ayında Türkiyə U-19 yığmasının baş məşqçisi təyin olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right