Ukrayna millisinin sabiq baş məşqçisi Aleksandr Xatskeviç komandanın son nəticələrini dəyərləndirib.
Newsport.az xəbər verir ki, belaruslu mütəxəssis yığmadakı həmkarı Sergey Rebrovun fəaliyyətinə də qiymət verib.
O, komandanın uğursuz nəticələr göstərdiyini etiraf etsə də, baş məşqçi dəyişikliyinin uğursuzluğa yol açacağını düşünür: “Baş məşqçi bildirdi ki, UEFA Millətlər Liqasında qarşıya qoyulan vəzifə yerinə yetirilib. Komanda A Liqasına çox yaxın idi və hər şey Belçika ilə son turda həll olundu. Təbii ki, Belçika ilə cavab matçı nə komandanın, nə də Rebrovun aktivinə yazıldı. Ancaq bundan düzgün nəticə çıxarmaq və irəliləmək lazımdır. Hazırda Ukrayna millisinin əsas hədəfi dünya çempionatına vəsiqə qazanmaqdır. Bunu təkcə Rebrov deyil, həm də Şevçenko bildirib. Mən də millinin çıxışından narazıyam. Nəticə isə dəhşətlidir. Lakin Rebrov seçmə mərhələnin sonuna qədər postunda qalmalıdır”.
Qeyd edək ki, Ukrayna millisi DÇ-2026-nın seçmə mərhələsində D qrupunda İslandiya, Azərbaycan və Fransa yığmaları ilə qarşılaşacaq. Millimiz Ukrayna ilə sentyabrın 9-da evdə, oktyabrın 13-də isə səfərdə keçirəcək.