İtaliya millisinə qayıdır

İtaliya millisinin sabiq baş məşqçisi Çezare Prandelli yığmaya qayıdacaq.

Newsport.az xəbər verir ki, "La Gazzetta dello Sport" məlumat yayıb.

Prandelli bu dəfə İtaliya millisinin texniki direktoru olacaq. O, komandanın klublarla qarşılıqlı əlaqəsini koordinasiya edəcək.

Prandelli vəzifəsinin icrasına 2025-ci ilin iyun ayında başlayacaq. 67 yaşlı mütəxəssis bu yaxınlarda vəzifəsindən ayrılan Demetrio Albertini əvəz edəcək.

Çezare Prandelli 2010-2014-cü illərdə İtaliya millisinin baş məşqçisi olub. O, 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatındakı uğursuzluqdan sonra istefa verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right