“Çelsi” yay transfer pəncərəsi üçün daha bir hədəfini müəyyənləşdirib. Londonlular Fransa yığmasının müdafiəçisi Jül Kundeni heyətinə qatmaq istəyir.
Newsport.az xəbər verir ki, “zadəganlar” 3 il öncə də 26 yaşlı oyunçunu almağa çalışmışdı. Lakin son anda Kunde “Sevilya”nı İngiltərə klubuna yox, “Barselona”ya dəyişmişdi. Katalonların transferi üçün 50 milyon avro xərclədiyi müdafiəçinin dəyəri indi daha da artıb.
Əslən Benindən olan “Bordo” yetirməsi isə İspaniyada qalmaq istəyir. “Çelsi”nin marağına baxmayaraq, Kunde “Barselona”nın 2027-ci ilin yayında başa çatacaq müqavilənin müddətini uzadacağına ümid bəsləyir.