Flik oyunçusunu təriflədi

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Erik Qarsiyanın çıxışı ilə bağlı fikirlərini bölüşüb.

Müdafiəyəmeyilli yarımmüdafiəçi kimi çıxış edən nominal mərkəz müdafiəçisi dünən oyuna əsas heyətdə başlayıb və komandasına “Jirona”nı (4:1) məğlub etməyə kömək edib.

Newsport.az “Barca Universal”-a istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı, Qarsiyanın yaxşı məşq etdiyini söyləyib:

“Erik əla idi. O, yaxşı məşq edir, əsl peşəkardır. Paltardəyişmə otağında hamı ilə yaxşı anlaşır və onun bir neçə mövqedə oynaya bilməsi bizə böyük üstünlük verir”.

Dünən “Jirona” ilə qarşılaşma Qarsiya üçün “Barselona”nın heyətində 100-cü oyun olub. 24 yaşlı futbolçu bu mövsüm 30 dəfə meydana çıxıb və 3 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right