“Napoli”nin baş məşqçisi Antonio Konte heyətdəki problemlərdən və öz səhhətindən danışıb.
Neapol komandası dünən A Seriyası matçında evdə “Milan”ı məğlub edib (2:1). Kontenin yetirmələri oyunun başlamasına az qalmış zədələnən yarımmüdafiəçi Skott Maktomineysiz qalıblar.
Newsport.az DAZN-a istinadən xəbər verir ki, “Napoli”nin italiyalı baş məşqçisi Maktomineyi son anda itirdiklərini bildirib:
“Son anda Maktomineyi itirdik, ona görə də tez taktika dəyişməli oldum. “Milan”la oyuna 4-4-2-də başlamalı idik, Skott soldan gəlməli idi. İşimə nifrət etdiyim adi bir gün oldu. Komandanı oyuna hazırlayırdım, amma son anda planı dəyişmək məcburiyyətində qaldım. Hətta başım ağrıdı”.
“Napoli” A Seriyasının turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.