"Mançester Siti"də ciddi itki stadionu əsa ilə tərk etdi

"Mançester Siti"nin hücumçusu Erlinq Haaland İngiltərə Kubokunun 1/4 finalında "Bornmut"la matçın (2:1) 61-ci dəqiqəsində topuq nahiyəsindən aldığı zədəyə görə əvəzlənib.

Newsport.az xəbər verir ki, tibbi yardım göstərilməsinə baxmayaraq, o, oyunu davam etdirə bilməyib və yerini Omar Marmuşa verib. Oyun sonrası Haaland stadioni əsa və qoruyucu ayaqqabı ilə tərk edib.

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola hücumçunun zədəsinin nə dərəcədə ciddi olduğunu dəqiq bilmədiyini bildirib:

"Hələ bilmirəm. Gözləyək, baxarıq", – deyə Qvardiola qeyd edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right