"Fənərbaxça" - "Qalatasaray" derbisini idarə edəcək hakim bəlli oldu

Türkiyə Kubokunun 1/4 finalında keçiriləcək "Fənərbaxça" - "Qalatasaray" görüşünü idarə edəcək baş hakimin adı açıqlanıb. 

Newsport.az xəbər verir ki, görüşü Cihan Aydın idarə edəcək.

Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. 

Qeyd edək ki, İstanbul derbisi aprelin 2-də keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə 21:45-də start veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right