"Mançester Yunayted"in kapitanı "Real"a keçə bilər

"Mançester Yunayted"in kapitanı Bruno Fernandeş karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Newsport.az xəbər verir ki, "Real" portuqaliyalı yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Daily Star" nəşri məlumat yayıb.

Madrid klubu uzun müddətdir Fernandeşin oyununu yaxından izləyir. Madrid nəhəngi 30 yaşlı futbolçu üçün İngiltərə klubuna 90 milyon funt-sterlinq ödəməyə hazırdır.

Qeyd edək ki, "Mançester Yunayted" Bruno Fernandeşi 2020-ci ilin yanvar ayında Lissabon "Sportinq"indən transfer edib. Portuqaliya millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 44 rəsmi matçda 16 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right