"Bu haqda danışmağım klubuma qarşı hörmətsizlikdir" “Qalatasaray”ın istədiyi özbək

ÇSKA-nın yarımmüdafiəçisi Abbos Fayzullayevin “Qalatasaray”a keçmək ehtimalının olması haqda xəbər vermişdik.

Newsport.az xəbər verir ki, özbək futbolçu Türkiyə nəhənginin onunla maraqlanması haqda Rusiya mətbuatına danışıb. Fayzullayev məsələ haqda bunları deyib: 

"Qalatasaray” haqda danışmaq hazırkı komandama qarşı hörmətsizlikdir. Bu barədə nəsə demək istəmirəm. Çünki vaxtı deyil. ÇSKA ilə müqaviləm var, bu barədə danışmaq kluba qarşı hörmətsizlikdir. Bütün diqqətimi ÇSKA-ya yönəltmişəm".

Özbəkistan millisinin üzvü olan 21 yaşlı yarımmüdafiəçinin ÇSKA ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir. O, 2023-cü il avqustun 4-dən Moskva təmsilçisinin formasını geyinir. Buna qədər isə Fayzullayev “Paxtakor”da oynamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right