İstanbul derbisində "Beşiktaş" "Qalatasaray"ı məğlub etdi

Türkiyə Super Liqasında 29-cu turun oyunları keçirilir.

Newsport.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında "Beşiktaş" doğma meydanda "Qalatasaray"la qarşılaşıb. İstanbul derbisində 2:1 hesabı ilə sevinən tərəf "Beşiktaş" olub.

Qeyd edək ki, bu matçdan sonra "Qalatasaray" 71 xalda qalaraq 1-ci pillədə, "Beşiktaş" isə xallarının sayını 47-ə çatdıraraq 4-cü pillədə qərarlaşıb.

Türkiyə Super Liqası
29-cu tur
21:30. “Beşiktaş” - “Qalatasaray” - 2:1
Qollar: 
R. Silva, 23, G. Fernandes, 66, - L. Toreyra, 45

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right