İtaliya A Seriyasında 30-cu turun oyunları keçirilir.
Newsport.az xəbər verir ki, yeni baş məşqçisi İqor Tudorun ilk matçında "Yuventus" doğma meydanda "Cenoa" ilə qarşılaşıb."Qoca sinyora" Kənan Yıldızın 25-ci dəqiqə də vurduğu qolla minimalhesablı qələbə qazanıb.
Qeyd edək ki, bu matçdan sonra "Yuventus" 55 xalla 5-ci , "Cenoa" isə 35 xalla 12-ci pillədə qərarlaşıb.