Türkiyə Super Liqasında 29-cu turun oyunları keçirilir.
Newsport.az xəbər verir ki, çempionluq şanslarını hələ də saxlayan "Fənərbaxça" səfərdə "Bodrumspor"la qarşılaşıb. İstanbul nəhəngi görüşdən 4:2 hesablı qələbə ilə ayrılıb.
Qeyd edək ki, "Fənərbaxça" bu qələbə ilə xallarının sayını 65-ə çatdıraraq 2-ci, "Bodrumspor" isə 30 xalla 15-ci pillədə qərarlaşıb.