"Əl-Nəsr" İngiltərə klubunun ulduzunu transfer edəcək

“Əl Nəsr” “Vest Hem”in yarımmüdafiəçisi Mohamed Kudus ilə müqavilə imzalamaqda maraqlıdır.

Newsport.az “The Sun”a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi futbolçunun transferi üçün 84 milyon funt-sterlinq təklif etməyə hazırdır. Hazırda danışıqlar davam edir.

Qanalı futbolçu özü də "Əl-Nəsr"ə keçəcə biləcəyini istisna etmir.

24 yaşlı futbolçunun “Vest Hem”lə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

O, İngiltərə klubuna qədər “Right to Dream”(Qana), “Nordşelland”(Danimarka), “Ayaks”(Niderland) klublarında da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right