“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo “Mançester Siti”nin braziliyalı qapıçısı Edersonu izləyir.
Newsport.az xəbər verir ki, bu barədə “Manchester Evening News” nəşri məlumat yayıb.
Portuqaliyalı mütəxəssis cari mövsümdəki uğursuzluqlar fonunda komandasını gücləndirmək istəyir.
“Fənərbaxça” hazırda Türkiyə çempionatının turnir cədvəlində lider “Qalatasaray”dan bir oyun az keçirməklə 9 xal geri qalaraq, 2-ci pillədə qərarlaşıb. Bu mövsüm Mourinyonun komandanın “sükanı arxasında” debütüdür.
Ederson 2017-ci ildən “Mançester Siti”də çıxış edir. Əvvəllər bildirilirdi ki, “şəhərlilər” yayda 31 yaşlı qolkiperlə yollarını ayırmağa hazır olacaq.