“Mançester Yunayted” portuqaliyalı qapıçı ilə maraqlanır

“Portu”nun qapıçısı Dioqo Kosta karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı qolkiper uzun müddətdir ki, İngiltərə klubunun maraq dairəsindədir və “qırmızı şeytanlar” yayda onu transfer etməyə çalışa bilər.

Daha əvvəl “Mançester Siti” və “Arsenal”ın da Kosta ilə yaxından maraqlandığı bildirilmişdi.

Kosta bu mövsüm bütün yarışlarda 37 oyun keçirib, 38 qol buraxıb və 17 dəfə qapısını toxunulmaz saxlaya bilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right