İspaniya La Liqasında 27-ci turdan təxirə salınmış bir oyun keçirilib.
Newsport.az xəbər verir ki, lider “Barselona” evdə “Osasuna” ilə qarşılaşıb.
Kataloniya təmsilçisi bu oyunda 3 xalı 3 cavabsız qolla qazanıb. Qələbə sayəsində xallarının sayını 63-ə çatdıran “Barselona” vahid liderə çevrilib. “Real” isə 60 xalla ikincdir.
İspaniya La Liqası
27-ci turun oyunu
27 mart
Barselona – Osasuna 3:0
Qollar: F.Torres, 11. D.Olmo, 21-pen. R.Levandovski, 77.