“Qalatasaray”da icarə əsasında çıxış edən “Napoli”nin hücumçusu Viktor Osimhen karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Newsport.az “Teamtalk”-a istinadən xəbər verir ki, nigeriyalı hücumçunun xidmətində iki klub maraqlıdır.
Söhbət “Mançester Yunayted” və “Nottingem Forest”dən gedir. Osimhen “qırmızı şeytanlar”a keçməyə daha çox meyllidir. Buna baxmayaraq, “meşəçilər” “Mançester Yunayted”in təklifini dəf etmək üçün Osimhenə görə 75 milyon avro ödəməyə hazırdır.
25 yaşlı forvard Türkiyə Super Liqasının cari mövsümündə 22 oyun keçirib, 20 qol vurub və 4 məhsuldar ötürmə edib.