“Real”dan hər futbolçusuna 250 min avro mükafat!

Real” rəhbərliyi UEFA Çempionlar Liqasının 1/4 finalına yüksələn futbolçularını mükafatlandırmaq qərarına gəlib.

Newsport.az “RMC Sport”-a istinadən xəbər verir ki, “kral klubu”nun hər bir oyunçusu “Atletiko”nu Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizədən kənarlaşdırmağa görə 250 min avro alıb.

Karlo Ançelottinin komandası turnirin 1/4 finalında “Arsenal”la qarşılaşacaq. İlk oyun aprelin 8-də, cavab qarşılaşması isə bir həftə sonra keçiriləcək.

Çempionlar Liqasının hazırkı qalibi “Real”dır. Madridlilər ötənilki finalda Dortmund “Borussiya”sını 2:0 hesabı ilə məğlub etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right