Argentina millisinin kapitanı Lionel Messi komandasının Braziliya yığması üzərində (4:1) inamlı qələbəsinə münasibət bildirib.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, 37 yaşlı futbolçu final fitindən əvvəl sosial şəbəkədəki səhifəsində matçın nəticəsini əks etdirən foto və alqışlarla bir çox emojilər yer alan hekayə yayımlayıb. Bu nəticə argentinalılara vaxtından əvvəl DÇ-2026-ya vəsiqəni təmin etməyə imkan verib.
Messi zədə səbəbindən oyunu buraxıb.
Argentina millisi növbəti oyununu iyunun 4-də Çili yığmasına qarşı keçirəcək.