“Brentford”un vingeri Brayan Mbeumo “Nyukasl”a keçəcək.
Newsport.az xəbər verir ki, bu barədə “CaughtOffside” nəşri məlumat yayıb.
“Nyukasl” “Mançester Yunayted”in də kamerunlu futbolçu ilə sıx maraqlandığı söz-söhbətlərin fonunda hərəkətini sürətləndirməyə hazırlaşır. “Sağsağanlar”ın 25 yaşlı oyunçu üçün “Brentford”un tələb etdiyi məbləği ödəməyə hazır olduğu deyilir. Konkret rəqəmlər hələ açıqlanmayıb.
Mbeumo bu mövsüm bütün yarışlarda 33 oyun keçirib, 15 qol vurub və 6 məhsuldar ötürmə edib.