“Sportinq”in hücumçusu Viktor Qyokereş karyerasını İspaniya çempionatında davam etdirə bilər.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, “Atletiko” 26 yaşlı forvardın transferində maraqlıdır.
Madridlilər artıq bu sözləşmə ilə bağlı Portuqaliya tərəfi ilə bir neçə dəfə əlaqə saxlayıblar. İsveçli futbolçunun transfer dəyəri 75 milyon avro qiymətləndirilir.
Qyokereş bu mövsüm 41 matçda iştirak edib, 40 qol vurub, 10 məhsuldar ötürmə verib.