“İnter” “Napoli”nin hücumçusu Cakomo Raspadorini istəyir.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, Milan klubu neapolluların maraq dairəsində olduğu bilinən yarımmüdafiəçisi Davide Frattesini də müqaviləyə daxil etməyə hazırdır.
Hər iki oyunçu belə bir alış-verişdən faydalana bilər, çünki onların heç biri hazırkı komandalarında daimi oynamır.
“İnter” A Seriyasında 29 turdan sonra 64 xalla turnir cədvəlinə başçılıq edir. 61 xalı olan “Napoli” 2-ci pillədə qərarlaşıb.