Kriştiano Ronaldo bunu bacaran ilk futbolçu oldu

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo tarixi göstəriciyə imza atıb.

Newsport.az xəbər verir ki, 40 yaşlı forvard ardıcıl 22 il milli komandanın heyətində qol vuran ilk futbolçu olub. 

"Əl-Nəsr"in futbolçusu UEFA Millətlər Liqası 1/4 final mərhələsinin Danimarka ilə cavab matçında (5:2) fərqlənib. Ronaldo 72-ci dəqiqədə komandasının 2-ci qolunu vurub.

Qeyd edək ki, Kriştiano Ronaldo 2003-cü ilin avqust ayında Portuqaliya yığmasında debüt edib. Ulduz futbolçu millinin heyətində ilk qolunu 2004-cü ildə Avropa çempionatının qrup mərhələsində Yunanıstana vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right