“Yuventus”un Mottaya nə qədər təzminat ödəyəcəyi məlum olub

“Yuventus”un baş məşqçi Tiaqo Motta ilə müqaviləni birtərəfli qaydada pozacağına görə ona nə qədər pul ödəyəcəyi məlum olub.

Newsport.az “Calciomercato”-ya istinadən xəbər verir ki, daha əvvəl Turin klubunun italiyalı mütəxəssislə əməkdaşlığa dərhal xitam vermək qərarına gəldiyi bildirilirdi.

“Yuventus”un Mottanın qovulması üçün ümumi xərcləri 20 milyon avro təşkil edəcək. 43 yaşlı mütəxəssis cari mövsümün əvvəlindən “Yuventus”a rəhbərlik etməyə başlayıb. O, A Seriyasının son mövsümündə 4-cü yeri tutduğu və UEFA Çempionlar Liqasına vəsiqə qazandığı “Bolonya”da çalışıb.

Motta keçən yay “Yuventus”la mövsümə 5 milyon avro maaşla üç illik müqavilə imzalayıb. Onun Turin klubu ilə sözləşməsində “Yuventus” onu müqavilənin ikinci ilinin sonuna qədər qovmaq qərarına gələrsə, əlavə təzminatla bağlı xüsusi bənd var.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right