“Çelsi”, “Tottenhem” və “Mançester Yunayted”in sabiq baş məşqçisi Joze Mourinyo Londona səfər edib.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssis ötən gecə “O2 Arena”da baş tutan UFC Fight Night 255 turnirinə qatılıb.
Portuqaliyalı çalışdırıcı ötən ilin yayından “Fənərbaxça”nın baş məşqçi postunu tutur. Tərəflər arasında bağlanmış müqavilənin müddəti 2026-cı ilin ortalarına qədər hesablanıb. Onun komandası cari Türkiyə çempionatında lider “Qalatasaray”da 9 xal geri qalaraq, 62 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.