“Sevilya” ukraynalı futbolçunu icarəyə götürmək istəyir

Ukrayna millisinin və “Çelsi”nin yarımmüdafiəçisi Mixail Mudrik dopinq testi müsbət nəticə verdiyi üçün uzun müddət diskvalifikasiya olunmasa, karyerasını İspaniya çempionatında davam etdirə bilər.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, “Sevilya” ukraynalı futbolçu ilə maraqlanır. İspaniya klubu yarımmüdafiəçini icarəyə götürə bilər. Futbolçunun özü də karyerasını davam etdirmək üçün bu varianta müsbət baxır.

Mudrik 2023-cü ilin yanvarından “Çelsi”də çıxış edir. Onun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2031-ci ilin ortalarına qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right