Bosniya Herseqovina millisi ciddi itki ilə üzləşib.
Newsport.az xəbər verir ki, komandanın kapitanı Edin Dzekonun burnu qırılıb.
Təcrübəli hücumçu DÇ-2026-nın seçmə mərhələsində səfərdə Rumıniyaya qalib gəldikləri (1:0) matçda xəsarət alıb. Start heyətdə meydana çıxan Dzeko ilk hissənin sonunda rəqib futbolçusu ilə toqquşub. Meydanı tərk edən forvard oyunu davam etdirə bilməyib. Bosniya Herseqovinanın "Sport" nəşri futbolçunun durumunun yaxşı olmadığı və onun növbəti matçı buraxacağını yazıb.
Qeyd edək ki, Bosniya və Herseqovina millisi martın 24-də öz meydanında Kiprlə qarşılaşacaq.