İtaliya millisində ciddi itki Almaniyaya qarşı oynamayacaq

İtaliya milli komandasının heyətində ciddi itki baş verib.

Newsport.az xəbər verir ki, müdafiəçi Rikardo Kalafiori sıradan çıxıb. 

"Arsenal"ın futbolçusu UEFA Millətlər Liqası pley-off mərhələsinin Almaniya yığması ilə ilk matçında (1:2) dizindən zədələnib. 22 yaşlı sol cinah müdafiəçisi millinin heyətindən kənarlaşdırılıb.

Qeyd edək ki, İtaliya seçməsi 23 mart tarixində Almaniya ilə səfərdə cavab oyununa çıxacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right