DÇ-2026-nın seçmə mərhələsi: İngiltərə və Polşa qələbə qazandı Yenilənib

Bu gün 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsi start götürüb.

Newsport.az xəbər verir ki, ilk gündə G, H və K qruplarında 1-ci turun 6 matçı keçirilib.

Polşa Litva ilə matçda çətin qələbə qazanıb. İngiltərə isə Albaniyanı 2 cavabsız qolla üstələyib.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələnin D qrupunda yer alıb. Bu qrupda oyunlar sentyabrın 5-də başlayacaq.

21 mart

H qrupu

Kipr - San Marino - 2:0

Qollar: İoannis Pittas, 55, Andronikos Kakoullis, 86

Rumıniya - Bosniya və Herseqovina - 0:1

Qol: Armin Gigoviç, 14

G qrupu

Malta - Finlandiya - 0:1

Qol: Oliver Antman, 38

Qırmızı vərəqə: Kurt Şou, 78 (Malta)

Polşa - Litva - 1:0

Qol: Robert Levandovski, 81

K qrupu

Andorra - Latviya.- 0:1

Qol: Dario Sits, 58

İngiltərə - Albaniya - 2:0

Qollar:Maylz Luis-Skelli, 20, Harri Keyn, 77





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right