Bu komanda ölkəmizə tarixi nəticə ilə gəlir

Martın 25-də Azərbaycan millisi ilə qarşılaşacaq Belarus Bakıya yaxşı əhval-ruhiyyə ilə gələcək.

Newsport.az xəbər verir ki, onlar Düşənbədə Tacikistan millisi ilə yoldaşlıq oyununa çıxıb və rəqibinə böyük hesabla qalib gəlib(5:0). 

Maraqlıdır ki, qarşılaşmada hesab yalnız 64-cü dəqiqədə açılıb. Bu qələbə Belarus üçün səfər matçları arasında ən böyükhesablı qələbə kimi tarixə keçib. 

İkinci hissədə meydan sahiblərinin heyətində “Kəpəz”in hücumçusu Şervoni Mabatşoyev da meydana çıxıb.

Azərbaycan – Belarus oyunu martın 25-də Masazırdakı “Bank Republika Arena” stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right