Lautaro Martinez Argentina millisinə Uruqvay və Braziliya ilə matçlarda kömək edə bilməyəcək.
Newsport.az AFF-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, “İnter”in hücumçusu martda baş tutacaq DÇ-2026-nın seçmə mərhələsində zədə səbəbindən oyunlara çıxmayacaq.
Martinez sol diz əzələsindən zədələnib. Onun sağalma müddəti isə məlum deyil. Argentina martda Uruqvay (21 mart) və Braziliya (25 mart) ilə qarşılaşacaq.