Azərbaycan millisinin rəqibi Kanada ilə qarşılaşacaq

2026-cı il dünya çempionatının seçmə mərhələsinin D qrupunda Azərbaycan millisinin rəqibi olan Ukrayna yığması Kanada Futbol Federasiyasının keçirəcəyi “Canadien Shield” adlı turnirində iştirak edəcək.

Newsport.az xəbər verir ki, bu ilin iyununda Torontoda keçiriləcək mini-turnirdə Sergey Rebrovun rəhbərlik etdiyi kollektiv Kanada (7 iyun) və Yeni Zelandiya (10 iyun) milliləri ilə qarşılaşacaq.

Xatırladaq ki, dünya çempionatının seçmə mərhələsində Azərbaycan sentyabrın 9-da və oktyabrın 13-də Ukrayna ilə üz-üzə gələcək. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right