"Çelsi"dən 2 yeni transfer

"Çelsi" heyətini 2 yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, London təmsilçisi "Sportinq"dən Covanni Kenda və Dariu Esuqanı alıb. 

Bu barədə Lissabon klubunun mətbuat xidməti məlumat yayıb. "Çelsi" 2 transferə görə 74 milyon avro ödəyib.

Kendanın 17 yaşı var və cinah yarımmüdafiəçisi kimi çıxış edir. 20 yaşlı Esuqa isə müdafiəçidir və hazırda icarə əsasında "Las Palmas"da oynayır. 

Esuqu 2025-ci ilin yayında “Çelsi”yə keçəcək. Kenda isə bir il “Sportinq”də qalacaq və 2026-cı ilin yayında “Çelsi”yə qoşulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right