Karlo Ançelotti Nikolas Pazın "Real"a qayıda biləcəyini istisna etmir.
Newsport.az xəbər verir ki, məlumata görə, Madrid klubu icarə əsasında "Koma"da çıxış edən yarımmüdafiəçini 9 milyon avroya geri ala bilər. Bu mövsüm 20 yaşlı futbolçu A Seriyasında 6 qol vurub və 5 məhsuldar ötürmə edib.
"O, bizim futbolçumuzdur, biz onu diqqətlə izləyirik. Çox yaxşı oynayır, bu barədə heç bir şübhəm yoxdur. Mövsümün sonunda nə edəcəyimizə qərar verəcəyik."– deyə "Real"ın baş məşqçisi bildirib.