De Zerbi vətənə qayıdır – iki variantı var

Roberto de Zerbi İtaliyaya qayıda bilər. Ötən ilin yayından Marsel “Olimpik”inin baş məşqçisi təyin edilən italiyalı üçün iki variant var.

Newsport.az xəbər verir ki, 45 yaşlı çalışdırıcının “Yuventus”la anlaşmaq ehtimalı var. Turinlilərin mövsüm bitən kimi Tyaqo Mottanı istefaya göndərəcəyi gözlənilir və onun yerinə əsas namizəd məhz de Zerbidir.

İlk mövsümünü keçirdiyi “Olimpik” Liqa 1-də iddialıya çevirən Robertoya “Milan” da maraq göstərir. Yayda Serjio Konseysao ilə yollarını ayıracağı dəqiq olan “rossonyerlər” məşqçi ilə maraqlanır. De Zerbi özü də “Milan” azarkeşidir və A Seryasında ilk seçimi məhz “qırmızı-qaralar” olardı. Lakin klubun idarəçilərinin heç də hamısı bu təyinata isti yanaşmır. Hər şeyə qarşıdakı aylarda aydınlıq gələcək.

“Foca”, “Palermo”, “Benevento”, “Sassuolo” kimi İtaliya klublarını çalışdırmış de Zerbi Ukraynada “Şaxtyor”a, İngiltərədə “Brayton”a rəhbərlik edib. O, marsellilərlə 3 illik müqavilə bağlamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right