Ronaldonu formada saxlayan bu yemək imiş

Portuqaliya millisinin və “Əl-Nəsr”in kapitanı Kriştiano Ronaldonun formada qalmasına kömək edən yemək məlum olub.

Newsport.az xəbər verir ki, bu barədə "Daily Mail" məlmat yayıb. 40 yaşlı hücumçu "bacalhau-a-brush" adlı yemək yeyərək formasını qoruyur. Bu, duzlu cod, soğan, nazik dilimlənmiş kartof və bişmiş yumurtadan ibarət ənənəvi Portuqaliya yeməyidir.

Qeyd edək ki, Ronaldo 2022-ci ilin dekabr ayında "Əl-Nəsr"ə keçib. Əfsanəvi forvard daha əvvəl "Sportinq", "Mançester Yunayted", "Real" və "Yuventus"un da formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right